Səfil uşaqdan dəhşətli sözlər "Bədənimin dərisi çürüyüb"

Səfil uşaqdan dəhşətli sözlər

Türkiyədə hər gün minlərlə insanın istifadə etdiyi Yenikapı İDO estakadasının qarşısında yerdə uzanan gəncin halı görənləri heyrətləndirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bədəninin hər yeri yaralarla dolu olan gəncin yanından keçənlər onun üzərindəki örtüyə pul qoyurmuş.

18 yaşı olduğu öyrənilən gəncin narkotik istifadəçisi olduğunu düşünənlər onun cavabından sonra məyus olublar: "18 ildir küçələrdə yaşayıram. Dünyaya gələn gündən küçələrə atılmışam. Narkotik istifadəçisi deyiləm. Narkotikə verəcək pulum da yoxdur. Sadəcə artıq küçələrdə bədənimin dərisi çürüyüb".

Bütün xəbərlər Facebook səhifəmizdə