Meksikada zəlzələ qurbanlarının sayı 95 nəfərə çatıb

Meksikada zəlzələ qurbanlarının sayı 95 nəfərə çatıb

Meksikada güclü zəlzələ nəticəsində həlak olanların sayı 95 nəfərə çatıb. Bu barədə RİA Novosti agentli məlumat yayıb. Məlumata görə, Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələ ən çox Oaxaka, Çyapas və Tabasko ştatlarına zərər vurub. Təbii fəlakət 95 nəfərin ölümü, yüzlərlə insanın yaralanması və ciddi maddi itkilərlə nəticələnib.

Xatırladaq ki, Meksika sahillərində 8,2 bal gücündə zəlzələ cümə günü baş verib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Sunami nəticəsində yaranmış dalğaların maksimal hündürlüyü bir metrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə