Həsən Ruhani: "ABŞ digər ölkələrin daxili işlərinə müdaxilə edir"
İran Prezidenti Həsən Ruhani Venesuela Prezidenti Nikolas Maduro ilə görüşü zamanı ABŞ-ın digər ölkələrin daxili işlərinə müdaxilə etdiyini deyib. Axar.az xəbər verir ki, Ruhani rəsmi Vaşinqtonun Cənubi Amerikada həyata keçirdiyi separatçı siyasətə qarşı buradakı ölkələrin birliyinin və əməkdaşlığının vacib olduğunu vurğulayıb.
Maduro isə ABŞ-dan gələn bütün təzyiqlərə qarşı mübarizə aparacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB