Saakaşviliyə görə Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb

Saakaşviliyə görə Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə əlaqədar Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə