İzmirin işğaldan azad olunması qeyd edilib

İzmirin işğaldan azad olunması qeyd edilib

Türkiyənin İzmir bölgəsinin işğaldan azad edilməsinin 95-ci ildönümü tamam olur. Bu münasibətlə İzmir vilayətində təntənəli bayram mərasimləri təşkil olunub. SİA xəbər verir ki, on minlərlə ölkə vətəndaşı bayram mərasimlərinə qatılıb. Küçə və meydanlar al-qırmızı rəngdə bayramsayağı bəzədilib. Türkiyənin 350 metrlik bayrağı İzmir şəhərində təşkil olunan mərasimə gətirilib. Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri maraqlı uçuş şouları ilə bayram əhval-ruhiyyəsini daha da yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə