Meksika sahillərində yenə zəlzələ olub

Meksika sahillərində yenə zəlzələ olub

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb. Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8 bal gücündə zəlzələ nəticəsində 60-dan çox insan həlak olub. Ölkədə üç günlük matəm elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə