BMT sözçüsündən Arakan müsəlmanları ilə bağlı açıqlama

BMT sözçüsündən Arakan müsəlmanları ilə bağlı açıqlama

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı avqustun 25-dən bu günədək Myanmadakı zorakılıqdan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayının təxminən 290 min olduğunu bildirib.

SİA-nın xəbərinə görə, BMT Qaçqınlar Üzrə Ali Komissarlığının Banqladeşdəki sözçüsü Vivian Tan ölkəyə pənah gətirənlərin sayının artmağa davam etdiyini, qaçqın düşərgələrinin dolduğunu, daha çox müvəqqəti sığınacağa ehtiyac olduğunu qeyd edib.

Tan Banqladeşə yeni gələnlərin özbaşına şəkildə yol kənarlarına və ya hər hansı bir torpaq sahəsinə yerləşdiklərinə diqqət çəkib.

BMT sözçüsü düşərgələrdə əllərindən gələni etməyə çalışdıqlarını, amma gələnlərin arxası kəsilmədiyi üçün bu işin çox çətin olduğunu vurğulayıb.

BMT Banqladeş orqanlarından yeni yaşayış yerləri üçün daha çox ərazi ayırmağı tələb etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə