Türkiyə XİN Almaniyaya səfər etməyi planlaşdıran vətəndaşlara xəbərdarlıq etdi
Türkiyə Xarici işlər Nazirliyi Almaniyaya səfər etməyi planlaşdıran vətəndaşlara tədbirli olmağı tövsiyyə etdi.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Nazirliyin açıqlamasında Almaniyada siyasi liderlərin seçki kampaniyalarını Türkiyə və Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi əleyhinə olan tezislər üzərində qurduqları bildirilir.
Nazirliyin açıqlamasında ifrat sağ və irqçi ifadələrə diqqət çəkilərək: "Ksenofobiya məsələsində Almaniyada aparılan məhkəmə prosesinin də bir nəticəsi yoxdur" deyilir.
Açıqlamada başda hava limanları olmaqla, Türkiyə vətəndaşlarının Almaniyanın hüquq-mühafizə və gömrük orqanları tərəfindən əsassız saxlanılma, sorğu-sual olunma, hörmətsiz davranılma kimi rəftarlara məruz qaldıqları qeyd edilir.
Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarını ehtiyatlı olmağa və mümkün ksenofobiq, irqçi davranış və verbal hücumlar qarşısında təmkinli olmağa , siyasi məzmunlu mübahisələrdən çəkinməyə, seçkiqabağı siyasi partiya iclaslarından, Almaniya orqanlarının göz yumduğu terrorçu təşkilatlarının mitinq, yürüş kimi fəaliyyət sahələrindən uzaq olmağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB