Taliban qüvvələri növbəti dəfə ABŞ-a məxsus hərbi helikopteri hədəf alıb. Axar.az xəbər verir ki, Acristan əyalətində vurulan helikopter yanaraq Malistan mahalında yerə çırpılıb. Helikopterdə olan hərbçilərin hamısının öldüyü bildirilib. Talibana yaxınlığı ilə seçilən “Əl-İmarat” agentliyi olayla bağlı detallı bilgilərin daha sonra açıqlanacağı barədə məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün öncə daha bir ABŞ helikopteri Taliban tərəfindən partladılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB