Moskva 870 illik yubileyini qeyd edir

Moskva 870 illik yubileyini qeyd edir

Hər il sentyabrın ikinci şənbə günü Rusiya paytaxtında Şəhər Günü kimi qeyd olunur. Şəhər gününün bayram edilməsi barədə qərar hələ SSRİ dövründən – 1986-cı ildə, Boris Yeltsin Kommunist Partiyasının Moskva komitəsinin sədri olduğu vaxtlarda qəbul edilib.

Bu il Rusiya paytaxtı 870-ci payızını yaşayır. Moskva bayram münasibətilə al-əlvan bəzədilib, şəhərin sakinləri və qonaqları üçün müxtəlif əyləncəli tədbirlər nəzərdə tutulub.

Yubiley tədbirləri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Qızıl meydanda çıxış edib. O qeyd edib ki, yeni, qeyri-adi ideyalar, biznes-layihələr, mədəniyyət sahəsində təşəbbüslər üçün açıq olan Moskva müxtəlif mədəniyyətlərin, ənənələrin birləşdiyi məkandır.

Bayram tədbirləri axşam atəşfəşanlıqla başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə