"Deyr əz-Zor istiqamətində Rusiya Hərbi Hava qüvvələrinin endirdiyi zərbə nəticəsində inanılmaz dərəcədə böyük uğur əldə olunub." Axar.az xəbər verir ki, bu sözləri rus senator İqor Morozov deyib.
“Bu, Rusiya kəşfiyyatının, Silahlı Qüvvələrinin və Suriya ordusunun inanılmaz uğurudur. Biz faktiki olaraq İŞİD-i başsız qoyduq”, - Morozov bildirib. Morozov həmçinin İŞİD-in bundan sonra həm maliyyə məsələlərinin həllində, həm də idarəetmə sahəsində böyük problemləri olacağını vurğulayıb.
Qeyd edək ki, Rusiya aviasiyasının Suriyanın Deyr əz-Zor əyalətinə endirdiyi zərbə zamanı komanda müşahidə məntəqəsi, kommunikasiya mərkəzi, təxminən 40-a yaxın döyüşçü və İŞİD-in 4 nüfuzlu səhra komandiri məhv edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB