Rusiya müsəlmanları qətlə yetirən Myanmaya təzyiq etməməyə çağırdı

Rusiya müsəlmanları qətlə yetirən Myanmaya təzyiq etməməyə çağırdı

"Myanma hökumətinə qarşı təzyiqlər bu ölkədə yalnız situasiyanı gərginləşdirə bilər." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, Myanmadakı müsəlmanlara qarşı törədilən vəhşilik ittihamlarının hamısı hələ tam sübut edilməyib: “Biz Myanmada baş verənləri diqqətlə izləyirik. Dinc vətəndaşlar və hökumət qüvvələri arasındakı itkilər barədə məlumatlardan narahatıq”.

Qeyd edək ki, Myanma hərbçiləri avqustun sonundan etibarən bu ölkənin müsəlmanlar yaşayan bölgələrindəki hərbi qruplaşmalara qarşı əməliyyatlar aparır. Əməliyyatlar nəticəsində indiyə qədər 400 nəfər öldürülüb. Üstəlik, bu məsələ ucbatından artıq Banqladeşə 146 min müsəlman qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə