"Avropa Birliyi Türkiyəyə qapını açıq saxlayacaq"

"Avropa Birliyi Türkiyəyə qapını açıq saxlayacaq"

"Avropa Birliyi (AB) Türkiyəyə qapını açıq saxlamaq məcburiyyətindədir." Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani deyib. O bildirib ki, Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqlar yalnız Ankaranın edam cəzasını bərpa etməsindən sonra dayandırıla bilər:

“Türkiyənin AB-yə üzv olması olduqca çətin prosesdir. Ərdoğanla müzakirələr zamanı AB-nın bununla bağlı narahatlığını çatdırdım. Miqrant problemi, terrorla mübarizə kimi məsələlərdə Türkiyə ilə dialoq kanallarını açıq saxlamalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə