ABŞ-ın yeni dövlət katibi Nikki Heyli

ABŞ-ın yeni dövlət katibi Nikki Heyli

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli dövlət katibi Reks Tillersonu əvəzləyə bilər. SİA-nın Foreign Policy agentliyinə istinadən verdiyi məlumata görə, con həftələr Vaşinqtonda bu barədə çox danışılır.

Qeyd edilir ki, məlumat əsaslıdır. Çünki Heyli BMT-də ABŞ-ın daimi nümayəndəliyinin başçısı olmaqla bərabər ölkənin xarici siyasətini de-fakto idarə edir. Söz-söhbətlərin yaranmasına səbəb kimi də Tillersonun KXDR-in son nüvə sınaqları ilə bağlı heç bir fikir bildirməməsi göstərilir. Əvəzində Heyli Şimali Koreyanın raket sınağına sərt reaksiya verib, həmçinin KXDR-in İranla nüvə sazişi imzalamasını da kəskin tənqid edib.

Dövlət Departamentində isə bildirilib ki, Tillerson hazırda "Harvi" qasırğasının törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı görülən işləri yerində araşdırmaq üçün Texasdadır. Sentyabrın əvvəlində prezident Donald Tramp çıxışında Tillersonun fəaliyyətindən narazı qaldığını üstüörtülü demişdi. Məsələ burasındadır ki, dövlət katibi ilə prezidentin fikirləri Amerika ordusunun Əfqanıstanda sayının artırılmasında da haçalanır. Görünür, fərqli yanaşma xarici siyasət şefinin komandadan gedişi ilə nəticələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə