Kataloniya parlamenti İspaniyanı parçalayan qərar qəbul etdi!

Kataloniya parlamenti İspaniyanı parçalayan qərar qəbul etdi!

Sentyabrın 6-da Kataloniya parlamenti müstəqillik haqda referendumun keçirilməsi barədə rəsmi qərar qəbul edib. Səsvermə zamanı 72 deputat lehinə, 60 deputat əleyhinə səs verib, 3 deputat isə bitərəf qalıb. Əgər referendum baş tutarsa və insanların əksəriyyəti lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək.

İspaniya hökuməti isə bu qərarı pisləyir və onu qanunsuz adlandırır. Çünki buna hazırkı konstitusiya imkan vermir. Hakimiyyət bu referenduma mane olacağına söz verib.

Keçirilmiş sorğularda iştirak edən katalonların əksəriyyəti İspaniyadan ayrılmaq və müstəqil inkişaf etmək istədiklərini bildirirlər.

İspaniyanın Baş naziri Mariano Raxoy keçirdiyi mətbuat konfransında bildirib ki, bu referendum baş tutmayacaq. Heç kim İspaniyanın ərazi bütövlüyünü poza bilməz.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə