Serbiyanın müdafiə naziri Qazaxıstana səfər edib

Serbiyanın müdafiə naziri Qazaxıstana səfər edib

Serbiya və Qazaxıstan hərbi əməkdaşlığı gücləndirir. Axar.az xəbər verir ki, Serbiya Müdafiə naziri Aleksandr Vulin məsələ ilə bağlı Qazaxıstana səfər edib.

Astana səfəri zamanı Serbiya və Qazaxıstan rəsmiləri havadan müdafiə sistemlərinin yenilənməsi, texnologiya mübadiləsi və müdafiə sənaye sektorundakı şirkətlər arasında əməkdaşlıq məsələsində işlərə başlamağı qərarlaşdırıb.

Vulin Belqrad və Astananın texnologiya transferi məsələsində razılaşdığını, Qazaxıstan rəsmilərinin isə Serbiyanın müdafiə şirkətləri ilə əməkdaşlıq qurmaq istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə