Naməlum şəxslər çərşənbə axşamı Heydelberq şəhərindəki (Baden-Vürtemberq federal torpağı) tələbə şəhərində keçirilən seçkiqabağı mitinqdə Almaniya kansleri Angela Merkelə pomidor atıblar.
Bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, hökumət başçısı vəzifəsinə namizəd üç min seçici qarşısında çıxış edib. Çıxışın sonuna yaxın kütlədən ona tərəf iki pomidor atılıb. Onlardan biri kanslerin sol buduna, digəri isə görüşün aparıcısına dəyib.
Yerli KİV-in məlumatına görə, Merkel bu hadisəni təbəssümlə qarşılayıb və bu, onun seçkiqabağı tədbirlərinin qrafikinə təsir göstərməyib. Polisdən DPA agentliyinə kanslerə pomidor atıldığı təsdiqlənib. Hüquq-mühafizə orqanları pamidorları iki müxtəlif insanın atdığını hesab edirlər. Onların şəxsiyyəti hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB