Atlantik okeanın Kabo-Verdedən qərbə doğru mərkəzi hissəsində yaranan “İrma” qasırğası sentyabrın 5-də güclənərək beşinci dərəcəyə çatıb. Amerika hidrometeoroloqlarının məlumatlarına görə, “İrma” qarşıdan gələn istirahət günlərində Florida-Kis adalarına və Florida ştatının cənub hissəsinə ağır ziyan vura bilər.
AZƏRTAC xəbər verir ki, “İrma” qasırğası saatda 290-350 kilometr sürətlə hərəkət edir. Gözlənildiyinə görə, qasırğa bu həftə Floridanın cənubuna zərbə endirməmişdən əvvəl Karib dənizi adaları boyunca məhvedici küləklərlə sürət götürməyə davam edəcək.
Milli Qasırğa Mərkəzi sentyabrın 5-də “İrma”nı Atlantik okeanda ən güclü qasırğa adlandırıb. “İrma”nın yolunun keçdiyi Karib dənizi adalarında, o cümlədən ABŞ-ın Puerto-Riko ərazisində artıq qasırğa təhlükəsi barədə xəbərdarlıq elan edilib. Puerto-Riko qubernatoru yaxınlaşmaqda olan qasırğanı görünməmiş qasırğa adlandırıb. Gözlənildiyinə görə, qasırğa ABŞ-ın əsas ərazisinə saatda 240 kilometr sürətlə sentyabrın 9-da gecə saatlarında çatacaq.
Florida ştatının qubernatoru Rik Skott sentyabrın 4-də ştatın hər bir dairəsində fövqəladə vəziyyət elan edib. Bu qərar ştat sakinlərinin zəruri yardımla təmin edilməsi üçün mühüm resursların hazırlanmasına və cəlb olunmasına yetərincə vaxt verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB