Rumıniya sahillərində miqrant gəmisi saxlanılıb

Rumıniya sahillərində miqrant gəmisi saxlanılıb

Rumıniyanın sahil mühafizə xidməti 87 miqrantın olduğu balıq gəmisini Midia limanı yaxınlığında həbs ediblər. Gəmini Qara dənizə nəzarət üçün nəzərdə tutulmuş interaktiv sistem (SCOMAR) vasitəsilə saxlamaq mümkün olub.

Rumıniya sərhəd xidmətinin məlumatına əsasən, ölkəyə qeyri-qanuni daxil olmaq istəyən və həbs olunan xarici vətəndaşların sayı birinci rübdə 1437, qeyri-qanuni ölkədən çıxmaq istəyənlərin sayı isə 1037 olub. Bu keçən ilin rəqəmləri ilə müqayisədə bir neçə dəfə artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə