Los-Ancelesdə yanğınla mübarizəyə min nəfərdən çox yanğınsöndürən cəlb edilib.
Bu, Los-Ancelesin tarixində ən böyük meşə yanğınlarından biri hesab olunur.
Los-Ancelesin şimal rayonunda kanyonun adı verilmiş "La Tüna" yanğını 2400 hektarlıq ərazidə yayılıb. Cümə günü başlamış bu yanğın nəticəsində bazar gününə qədər bir neçə ev məhv olub, bəzi evlərə ciddi ziyan dəyib. Şəhər administrasiyası bu rayonda, həmçinin yaxınlıqdakı Berbank və Qlendeyl şəhərətrafı rayonlarda 700-dən çox evdən sakinləri təxliyə edib.
Son günlərdə Los-Ancelesdə havanın temperaturu Selsi şkalası üzrə 38 dərəcə olub.
(Azərtac)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB