Los-Ancelesdə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Reuter" agentliyinin yaydığı məlumata görə, meşə yanğını 3,5 min hektar ərazini əhatə edib, 700 evin əhalisi təxliyə olunub.
SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, meşə yanğını magistral yolun və yerli yolların bağlanmasına gətirib çıxarıb. Havanın yüksək temperaturu yanğının daha geniş əraziyə yayılma ehtimalını artırır. Yanğının söndürülməsi işinə mindən çox yanğınsöndürən cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB