Meksikada fırtına xeyli can aldı

Meksikada “Lidiya” fırtınası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fırtına ilə əlaqədar Kaliforniya regionunda 3 min insan sığınacaqlarda yerləşdirilib.

“Lidiya” fırtınasının daxilində küləyin gücü saatda 65 km-ə çatır, fırtına özü isə saat 19 km sürətlə şimal-şərq istiqamətində hərəkət edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə