Cənubi Asiyada 16 milyon uşağın köməyə ehtiyacı var

Cənubi Asiyada 16 milyon uşağın köməyə ehtiyacı var

UNİCEF Cənubi Asiyada sel fəlakətinin yaşandığı bölgələrdə təxminən 16 milyon uşağın köməyə ehtiyacı olduğunu bildirib. Xarici KİV-lər xəbər verir ki, araşdırma zamanı Hindistan, Banqladeş və Nepalda baş verən sel fəlakəti səbəbindən milyonlarca uşağın və ailəsinin sığınacaq, təmiz su və qida tapa bilmədiyi bəlli olub.

Qeyd edilib ki, sel fəlakəti səbəbindən məktəblər dağılıb, uşaqlar təhsilini uzun müddət davam etdirə bilməyəcək. Fəlakət zamanı ən az 1300 insan həlak olub.

Beynəlxalq Qızıl Xaç Komitəsi Cənubi Asiyada baş verən sel fəlakətinin son illərdə ən şiddətlisi olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə