Deyr əz-Zoru azad etmək əməliyyatında Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstək verəcəyik. Axar.az xəbər verir ki, bunu İŞİD-ə qarşı vuruşan koalisiyanın amerikalı komandanı Stefen Tousend deyib.
Amerikalı komandan Menbiç, Tabka və Rakka təcrübələrinə əsaslanaraq SDQ-nin bölgə xalqı tərəfindən qəbul ediləcək bir güc olacağını düşündüklərini bildirib. Tousend bildirib ki, SDQ-nin əlində təyarə və tank olmasa da, təşkilat kiçik çaplı silahlarla böyük mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB