Tramp dünya liderlərinə çağırış etdi

Tramp dünya liderlərinə çağırış etdi

ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də Nyu-Yorkda dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısını keçirmək niyyətindədir. Bu barədə Reuters agentliyi xəbər verib.

Görüşə 10 bənddən ibarət deklarasiyanı imzalayan ölkə liderləri dəvət ediləcək.
Məlumata əsasən, deklarasiyada BMT-də effektiv və məqsədəuyğun islahatların başlanılmasına çağırış ifadə olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə