Türkiyənin Muğla vilayətində 4,8 bal gücündə zəlzələ baş verib. APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, dünən yerli vaxtla saat 19:48-də qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Marmaris rayonunda, ocağı isə 61 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB