Brüssel mağazalarında plastik paketlərin istifadəsi qadağan edilib

Brüssel mağazalarında plastik paketlərin istifadəsi qadağan edilib

Belçikanın paytaxtı Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərin istifadə olunması qadağan edilib.Trend-in məlumatına görə, bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib. Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib.

Bugünkü qadağadan əvvəl alınmış plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.

Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə