"Harvi" qurbanlarının sayı artmaqdadır

"Harvi" qurbanlarının sayı artmaqdadır

ABŞ-ıın “Harvi” qasırğasının qurbanlarının sayı artmaqdadır. SİA-nın xürici mətbuata istinadən verdiyi xəbərə görə, Texas ştatında "HArvi" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 13 mindən çox insan xilas edilib. Ölənlərin sayının artacağı da istisna edilmir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qasırğanın daha çox ziyan vurduğu Hyuston, Korpus-Kristi və Ostin şəhərlərinə baş çəkib. O, Texasa kömək göstərilməsi üçün Konqreslə birgə zəruri addımların atılacağını bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə