ABŞ İŞİD xəzinədarının hesabını blokladı!

ABŞ İŞİD xəzinədarının hesabını blokladı!

ABŞ Maliyyə Nazirliyi İŞİD-in ən böyük xəzinədarı hesab edilən Səlim Mustafa Məhəmməd əl-Mansura qarşı sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Nəticədə ABŞ-ın yuridiksiyasında yerləşən Mansurun bütün maliyyə imkanları bloklanıb. Eyni zamanda bildirilib ki, sözügedən qərar İraq hökuməti ilə İŞİD-ə qarşı mübarizədə yaradılan əməkdaşlıq çərçivəsində qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə