Aralıq dənizində 450-dən çox miqrant xilas edilib

Aralıq dənizində 450-dən çox miqrant xilas edilib

Liviyanın sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində 450-dən çox miqrantı xilas ediblər. Axar.az xəbər verir ki, sahil mühafizə xidməti Tripolidən qərbdə 140 miqrantı, Sabrata şəhəri yaxınlığında isə 7-si qadın, 6-sı uşaq olmaqla 164 miqrantı xilas edə biliblər. Həmçinin təqribən 150 nəfərdən ibarət daha bir qrupun xilas edildiyi bildirilib. Miqrantlar Misir, Mərakeş və Tunisin vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə