Yəmənin cənub bölgələrində şiddətli yağışların əmələ gətirdiyi sel və daşqınlar nəticəsində qadın və uşaqlar daxil olmaqla 10 nəfər həyatını itirib, 6 nəfər zərər çəkib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Lahıc vilayətindəki əl-Mukatara şəhərinin qubernatoru əz-Zurayki məlumat verib.
Bölgənin böyük miqyasda zərər gördüyünü qeyd edən əz-Zurayki hökumət nümayəndələrini bölgəyə yardım etməyə çağırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB