ABŞ nüvə bombasının sınağını keçirib

ABŞ nüvə bombasının sınağını keçirib

ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ölkə Hərbi-Hava Qüvvələri ilə birgə ayın əvvəlində Nevada ştatında B61 nüvə bombası modifikasiyasının 2 sınağını keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, B61-12 bombasının sınağı avqustun 8-də Tonopa şəhər poliqonunda keçirilib. Nüvə döyüş hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcı təyyarəsindən atılıb. Sınaqlar zamanı bombanın qeyri-nüvə funksiyaları, eləcə də qırıcı təyyarənin silahı çatdırmaq qabiliyyəti dəyərləndirilib.

İdarənin məlumatına əsasən, B61 modifikasiyasının ilk istehsalat vahidi 2020-ci ilin martına qədər hazır olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə