Bağdadda terror aktı 12 ölü

İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, azı 20 nəfər yaralanıb. RİA Novosti agentliyi xəbər verir ki, hadisə ticarət küçələrinin birində baş verib. Səhiyyə işçiləri ölənlər arasında hüquq mühafizə orqanlarının əməkdaşlarının da olduğunu bildiriblər.

Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə