İraqın paytaxtı Bağdadın şərq hissəsində partlayış baş verib. Nəticədə 9 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayıcı ilə doldurulmuş avtomobil bu səhər Bağdadın şiələrin məskunlaşdıqları rayonunda yerləşən bazar yaxınlığında partlayıb.
Partlayışla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB