Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda İrana səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.
“Yaxın vaxtlarda cənab Ərdoğanın Tehrana səfəri gözlənilir. Dəqiq tarix müəyyənləşən kimi biz bu barədə açıqlama verəcəyik”, - İran XİN-in rəsmisi deyib.
Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə əsas mövzu Suriya və İraqdakı vəziyyət olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB