ABŞ Prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır. Report xəbər verir ki, bunu o, Tvitter səhifəsində yazıb. "Bizimlə milləti kriminal səviyyəsinə görə dünyada ən yüksəkdə olan Meksika arasında divar olmalıdır", - Tramp qeyd edib.
ABŞ prezidenti əmin olduğunu bildirib ki, Meksika divarın tikintisinə bu və ya digər şəkildə vəsait sərf edəcək. ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB