Kolumbiyada terror təşkilatı partiya yaradır

Kolumbiyada terror təşkilatı partiya yaradır

Kolumbiya Milli Azadlıq Ordusunun (FARC) üzvləri siyasi partiya yaradılması məqsədilə konqres təşkil edib. Axar.az xəbər verir ki, paytaxt Boqotada başlayan konqresin sentyabrın 1-nə qədər davam edəcəyi bildirilir. Konqresdə hökumət üzvləri və Kolumbiya parlamentinin senatorları iştirak edir.

Xatırladaq ki, bir müddət əvvəl Kolumbiya Milli Azadlıq Ordusunun (FARC) üzvləri ölkədəki siyasi mübarizəyə qoşulmaq üçün partiya yaradacaqlarını elan etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə