Kadırovdan ŞOK addım: Boşanmış ailələr zorla birləşdirilir

Kadırovdan ŞOK addım: Boşanmış ailələr zorla birləşdirilir

Çeçenistanda boşanmış ailələri zorla birləşdirmə proqramına start verib. Qaynarinfo.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov iyun ayında paytaxt Qroznıda çıxışı zamanı ölkəsində yaranan bir çox problemlərin parçalanmış ailələrdən qaynaqlandığını qeyd etmişdi. "Boşanmış və ya ayrı yaşayan ailənin uşaqları əvvəl-axır ya quldur, ya da terrorçu olurlar. Bunun qarşısını almaq üçün ailələri birləşdirməyimiz şərtdir".

Onun çıxışından sonra paytaxt Qroznı başda olmaqla bütün əyalətlərdə "Ailə Uyğunlaşma Komissiyaları" yaradılıb. Komissiyaların tərkibinə yerli rəhbərlər, dini idarəçilər və ağsaqqallar şurası daxil edilib. Çeçenistan dövlət televiziyasının verdiyi məlumata görə, layihə həyata keçirilməyə başladığından bu vaxta qədər 948 ailə birləşdirilib.

Layihənin önəmini vurğulayan Qroznı Ailə Uyğunlaşma Komissiyasının rəhbəri Rəsul Uspanov bildirib ki, öncə bölgələrdə boşanmış cütlüklərin siyahısı tərtib olunur, daha sonra tərəflər komissiya qarşısına çıxarılır və bu vəziyyətə necə gəldikləri barədə məlumat verirlər:

"Komissiya tərəfləri dinlədikdən sonra onlara yenidən birləşmələrini söyləyir. Son dərəcə qarışıq məsələlər səbəbindən ayrı düşən cütlüklərin məsələsi isə dini heyət və mollalar tərəfindən dinlənilir. Ən adi bir ümid işığı hiss edilərsə, cütlüyə yenidən birləşmələri əmr edilir. Təbii ki, 2-3 il ayrı yaşayan və bu müddət ərzində yenidən ailə quran kişilər də olur. Bu kimi vəziyyətlərdə ortada uşaq da varsa, qadın ailəyə ikinci həyat yoldaşı olaraq geri qaytarılır. Dini idarə məlumatı əhaliyə fətva şəklində çatdırır", - o, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə