"Minlərlə insanı xilas etdik"

ABŞ Prezidenti Donald Tramp “Xarbi” qasırğası zamanı Texas ştatında minlərlə zərərçəkənin xilas edildiyini bildirib. Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter hesabında məlumat yayıb.

“Mövcud agentliklər və hökumət qurumları arasında mükəmməl koordinasiya yaradıldı. Davam edən şiddətli yağışlarla bağlı tədbirlər görülür”, - prezident bildirib.

Qeyd edək ki, Texas ştatında baş verən qasırğa zamanı infrastruktura ciddi şəkildə zərər dəyib. Ölən və yaralananların olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə