Bağdadda 2 partlayış olub, 5 nəfər ölüb

Bağdadda 2 partlayış olub, 5 nəfər ölüb

Bağdadın cənubunda iki minalanmış maşının partladılması nəticəsində 5 nəfər həlak olub, azı altı nəfər xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda İraqın Al Sumaria telekanalı xəbər verir. Birinci partlayış Bağdadın cənub-qərbində Aş-Şutra Ə-Rabia rayonunda səhər saatlarında baş verib, nəticədə üç qadın həlak olub, daha beş nəfər yaralanıb.

İkinci minalanmış avtomobil bir müddət sonra şəhərin cənubunda yol kənarında Əbu Dəşir rayonunda partlayıb. 2 nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə