ABŞ-ı ağuşuna alan "Xarvi" qasırğası can almaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Texas ştatının Hyuston şəhərində bir qadın qasırğanın yol açdığı subasmanın qurbanı olub. Bundan əvvəl "Xarvi" qasırğası Rekportda 1 nəfərin ölümünə səbəb olub. "Los Angeles Times" qəzeti sonradan yanğınsöndürmə xidmətinə istinadən Rekport departamentinin Aranzas dairəsində 3 nəfərin ölməsi barədə xəbər yaysa da, bu, rəsmən təsdiqlənməyib. Qeyd edək ki, "Xarvi" qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB