Rus ordusu Suriyada İsrailin 3 pilotsuz uçuş aparatını vurub

Rus ordusu Suriyada İsrailin 3 pilotsuz uçuş aparatını vurub

Rusiya Silahlı Qüvvələrinin Suriyada İsrailə aid 3 pilotsuz uçuş aparatını (PUA) vurduğu ortaya çıxıb. Axar.az xəbər verir ki, sözügedən məsələ Rusiyada təşkil edilən “Rus ordusu 2017” adlı sərgidə bəlli olub.

Belə ki, Suriyada terrorçulara aid ələ keçirilən və məhv edilən silahların nümayişi zamanı İsrailə aid 3 HERON tipli PUA-nın aprel və iyul aylarında vurulduğu da deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə