Türkiyə məhkəməsi “İslam Dövləti”nin (İŞİD) komandiri olduğu iddia edilən şəxs barəsində həbs qərarı verib. APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının terrorçuların zərərsizləşdirlməsi məqsədilə Əskişəhərdə keçirdiyi əməliyyat zamanı 41 yaşlı iraqlı S.E.T (adı açıqlanmır) hotellərdən birində tutulub.
Bu gün məhkəmə qarşısına çıxarılan İŞİD-in "komandiri" barəsində həbs qərarı verilib. Onunla əlaqəli bilinən daha 4 nəfər isə Türkiyədən deportasiya olunub. Məlumatda bildirilir ki, tutulan şəxs daha əvvəl ölkəsində sabiq baş nazir Nuri əl-Malikiyə sui-qəsd ittihamı ilə həbs olunsa da, radikal qrupların köməyi ilə həbsdən qaça bildirb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB