Şimali Koreya Yapon dənizinə raket buraxıb

Şimali Koreya Yapon dənizinə raket buraxıb

Şimali Koreya Yapon dənizinə bir neçə raket buraxıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya müdafiə nazirliyindən bildirilib.

Bundan əvvəl bir raketin buraxıldığı bildirilirdi. Yerli vaxtla saat 06:49-da həyata keçirilən sınaqların nəticələri barədə məlumat verilmir. Yaxın məsafəli Raketlər Kanvondo əyalətindən buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə