Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında nəvəsi Ömər Tayyib Ərdoğan ilə fotosunu paylaşıb. Axar.az xəbər verir ki, Ərdoğan nəvəsi ilə birgə 3 şəkil paylaşıb. O, şəklin üzərində "Bu günkü iş yoldaşım, nəvəm Ömər Tayyib", - yazıb.
Qeyd edək ki, Bilal Ərdoğanın Ömər Tayyib və Əli Tahir adında iki oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB