Qırğızıstan parlamenti Sapar İsakovun baş nazir postuna namizədliyini dəstəkləyib. Trend xəbər verir ki, qərar parlamentin növbədənkənar iclasında qəbul edilib. Yeni baş nazirin lehinə 97, əleyhinə 5 deputat səs verib. Sapar İsakov ölkənin ən gənc baş naziri olacaq. O, bu il 40 yaşını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB