Əfqanıstanın paytaxtı Kabildə şiə məscidində yerli vaxtla təxminən saat 01:15-də partlayış baş verib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nəcib Daniş məlumatı təsdiqləyib.
Şahidlərin sözlərinə əsasən, polis forması geyinmiş 4 nəfər məscidə basqın edib. Baş verən partlayışdan sonra silah səsləri eşidilib.
Hadisə yerinə göndərilən xüsusi təyinatlılar məscid binasına daxil olublar.
Hücum edən şəxslər təhlükəsizlik əməkdaşlarını öldürüblər, xeyli sayda insanın yaralandığı bildirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB