928 məmur vəzifəsindən azad edilib

928 məmur vəzifəsindən azad edilib

Türkiyədə 693 və 694 saylı qanunlara əsasən, 928 məmur vəzifəsindən azad edilib, 60 nəfərin tutacağı vəzifələr müəyyənləşib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəbul edilən qərar "Resmi Gazete"nin bugünkü sayında dərc olunub.

Vəzifədən azad edilən şəxslər həbs olunmayıb, lakin onların rütbə və ya məqamları alınacaq, bu şəxslər vəzifələrini icra etdikləri təşkilatlara yenidən qəbul edilməyəcklər. Onların silah saxlamaq, gəmi idarə etmək üçün sənədləri və pilot lisenziyaları ləğv ediləcək, yaşadıqları ictimai mülklərdən və ya dövlət tərəfindən verilən evlərdən 15 gün içində çıxarılacaqlar, həmçinin bu şəxslər xüsusi təhlükəsizlik şirkətlərinin qurucusu, ortağı və işçisi ola bilməyəcəklər, pasportları ləğv ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə