“Hücum pilotlarının siyahısını mən hazırladım”

“Hücum pilotlarının siyahısını mən hazırladım”

Türkiyə polisi tərəfindən 13 aylıq axtarışdan sonra Antaliyada ələ keçən çevriliş cəhdində şübhəli bilinən hərbçi - polkovnik-leytenant Özcan Karacan xəyanət gecəsi Ankarada mühüm dövlət binalarına hücum edən helikopterlerin pilotlarının özünün seçdiyini etiraf edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çevrilişə cəhd zamanı o Ankaradakı pilotlara "Vətəndaş, əsgər, polis hamısı düşmənimizdir. Onlara heç bir seçim yeri qoymadan atəş açın" əmrləri verən FETÖ-cü keçmiş polkovnik-leytenant Özcan Karacan Antaliyada saxta şəxsiyyət vəsiqəsi ilə tutulub.

15 İyulda hücum helikopterləri taborunun komandiri olan Karacan çevriliş cəhdindən üç gün əvvəl tuğgeneral Ünsal Coşkundan çevrilişə hazırlıq təlimatını aldığını söyləyib: "Coşkun məndən güvəndiyim insanlardan ibarət hücum pilotlarını seçməyimi istədi. Zərbə gecəsi Ankara səmalarında ölüm saçan helikopterlərin yönləndirilməsi və digər vəzifələrin də özünə verdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə