ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Kubada insident nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşının zərər çəkdiyini bildirib. Dövlət Departamentində hesab edilir ki, səfirliyin əməkdaşları “akustik hücuma” məruz qalıblar. “CBS News” telekanalının tibbi ekspertizanın nəticəsinə istinadla yaydığı məlumata görə, həkimlər Kubada bir neçə amerikalı və kanadalı diplomata “yüngül kəllə-beyin travması” diaqnozunu qoyublar.
"RİA Novosti" agentliyinin rəsmi saytında yer alan xəbərdə deyilir ki, brifinqdə çıxış edən H.Noyert insidentin mahiyyəti, onun arxasında kimin dayanması və zərərçəkənlərin vəziyyəti barədə danışmaqdan imtina edib. O deyib: “Təhqiqat davam edir. Biz təqsirkarları tapmaq və məsuliyyətə cəlb etmək istəyirik”. H.Noyertin sözlərinə görə “insidentin mənbəyi” hələ ki aşkar edilməyib.
“CBS News” telekanalının məlumatına görə, ABŞ və Kuba bir neçə ay “akustik hücumu” məxfi müzakirə edib. Kuba FTB agentlərinə və Kanada polisinə öz ərazisində təhqiqat aparmağa icazə verib. Lakin müvafiq hücumu həyata keçirən qurğu tapılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB